Xəbərlər
Şəhid övladları ilə görüş keçirildi

Şəhid övladları ilə görüş keçirildi
ETİHİ Abşeron Rayon Komitəsində məktəbə və təhsil həyatına ilk addımlarını atan şəhid övladları ilə görüş keçirilib.
Görüşün əsas məqsədi yeni tədris ilinin başlanması ərəfəsində şəhid övladlarının sevincinə şərik olmaq, onların təhsil həyatına ilk addımlarını diqqət və qayğı ilə qarşılamaq olub.
ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov uşaqlarla görüşərək onları yeni tədris ili münasibətilə təbrik edib, məktəb həyatlarında uğurlar arzulayıb. Daha sonra uşaqlara məktəb çantaları və tədris prosesində istifadə edəcəkləri zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub.
Görüş zamanı uşaqlara xoş arzular çatdırılıb, onların məktəb həyatına uğurlu başlanğıc etmələri üçün diləklər ifadə olunub. Şəhid övladlarının daim diqqətdə saxlanılması, onların təhsil və sosial həyatına dəstək göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətləri və fədakarlıqları heç zaman unudulmur. Onların əziz xatirəsinə ehtiram göstərmək, övladlarına diqqət və qayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Novxanı 13 nömrəli uşaq bağçası Qusarda

Novxanı 13 nömrəli uşaq bağçası Qusarda
Novxanı 13 nömrəli uşaq bağçasının kollektivi Qusar rayonuna gəzintidə olub.
Səfər çərçivəsində kollektiv üzvləri Qusarın müxtəlif məkanlarını ziyarət edib, birlikdə asudə vaxt keçiriblər. Gəzinti əməkdaşların gündəlik iş fəaliyyətindən sonra bir araya gəlməsinə və istirahət etməsinə imkan yaradıb.
Kollektiv üzvləri yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Saray 19 nömrəli uşaq bağçasının kollektivi Qusarda

Saray 19 nömrəli uşaq bağçasının kollektivi Qusarda
Saray qəsəbəsi 19 nömrəli uşaq bağçasının kollektivi üçün Qusar rayonuna gəzinti təşkil olunub.
Gəzinti zamanı iştirakçılar Qusarda müxtəlif məkanları ziyarət edib, birlikdə istirahət və asudə vaxt keçiriblər. Səfər kollektiv üzvlərinin birgə vaxt keçirməsinə və xoş ünsiyyət şəraitində istirahət etməsinə imkan yaradıb.
İştirakçılar təşkil olunan gəzintiyə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Masazır 3 nömrəli tam orta məktəb kollektivi Lənkəranda

Masazır 3 nömrəli tam orta məktəb kollektivi Lənkəranda
Masazır 3 nömrəli tam orta məktəbin kollektivi üçün Lənkəran rayonuna gəzinti təşkil olunub.
Gəzinti zamanı iştirakçılar Lənkəranın müxtəlif məkanlarını ziyarət edib, birlikdə istirahət və asudə vaxt keçiriblər. Səfər əməkdaşların birgə vaxt keçirməsinə və kollektiv daxilində ünsiyyətin möhkəmlənməsinə şərait yaradıb.
İştirakçılar təşkil olunan gəzintiyə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Digah 6 nömrəli uşaq bağçasının kollektivi Qubada

Digah 6 nömrəli uşaq bağçasının kollektivi Qubada
Digah qəsəbəsi 6 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Quba rayonuna gəzinti təşkil olunub.
Gəzinti zamanı iştirakçılar Qubanın müxtəlif məkanlarını ziyarət edib, birlikdə istirahət və asudə vaxt keçiriblər. Səfər əməkdaşların gündəlik iş mühitindən uzaqlaşaraq birgə vaxt keçirməsinə və kollektiv daxilində ünsiyyətin möhkəmlənməsinə şərait yaradıb.
İştirakçılar təşkil olunan gəzintiyə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
Ceyranbatan 1 nömrəli məktəbin kollektivi Qubada

Ceyranbatan 1 nömrəli məktəbin kollektivi Qubada
Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin kollektivi üçün Quba rayonuna gəzinti təşkil olunub.
Səfər zamanı iştirakçılar Qubanın müxtəlif məkanlarını ziyarət edib, birlikdə istirahət və asudə vaxt keçiriblər. Gəzinti kollektiv üzvlərinin gündəlik iş mühitindən kənarda bir araya gəlməsinə və həmkarlarla səmimi ünsiyyət qurmasına imkan yaradıb.
Gəzintidən məmnun qalan iştirakçılar yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Masazır 7 nömrəli məktəbin kollektivi Qubada

Masazır 7 nömrəli məktəbin kollektivi Qubada
Masazır qəsəbəsi 7 nömrəli tam orta məktəbin kollektivi üçün Quba rayonuna gəzinti təşkil olunub.
Gəzinti zamanı iştirakçılar Qubanın müxtəlif məkanlarını ziyarət edib, birlikdə istirahət edərək asudə vaxtlarını səmərəli keçiriblər. Səfər həmkarların bir arada vaxt keçirməsinə və kollektiv daxilində ünsiyyətin möhkəmlənməsinə imkan yaradıb.
İştirakçılar təşkil olunan gəzintiyə və yaradılan şəraitə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Qobu 2 nömrəli məktəbin kollektivi İsmayıllıda

Qobu 2 nömrəli məktəbin kollektivi İsmayıllıda
Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin kollektivi üçün İsmayıllı rayonuna gəzinti təşkil olunub.
Səfər zamanı iştirakçılar İsmayıllının müxtəlif məkanlarını ziyarət edib, təbiət qoynunda istirahət edərək asudə vaxtlarını birlikdə keçiriblər. Gəzinti kollektiv üzvlərinin gündəlik iş rejimindən uzaqlaşmasına və həmkarlarla ünsiyyət üçün əlavə imkan yaranmasına şərait yaradıb.
Gəzintidən məmnun qalan iştirakçılar göstərilən diqqətə və yaradılan şəraitə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Pirəkəşkül məktəbinin kollektivi Qubada

Pirəkəşkül məktəbinin kollektivi Qubada
Ə.Qadaşov adına Pirəkəşkül tam orta məktəbinin müəllim və əməkdaşları üçün Quba rayonuna gəzinti təşkil olunub.
Səfər iştirakçıların asudə vaxtının səmərəli keçirilməsi, birgə istirahət etməsi və həmkarlarla ünsiyyət imkanlarının genişləndirilməsi baxımından faydalı olub. Kollektiv üzvləri Qubanın görməli məkanlarını ziyarət edib, gün ərzində birlikdə vaxt keçiriblər.
Gəzintidən məmnun qalan iştirakçılar göstərilən diqqətə və yaradılan şəraitə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.


